Şəbnəm Tovuzludan aparıcılara xəbərdarlıq: “Əsəblərimi tarıma çəkməyin!” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzludan aparıcılara xəbərdarlıq: “Əsəblərimi tarıma çəkməyin!” - VİDEO

Şou

21 Fevral 2026 09:48 364


Şəbnəm Tovuzlu özü ilə bağlı televiziya aparıcılarına səslənib.

“Yeni Sabah” xəbər verir ki, o, aparıcıların bəzi suallarının yanlış olduğunu bildirib:

“Mənim yox, bir neçə həmkarlarımın adları çəkilir, suallar verilir. Olur ki, ətrafımızdan deyirlər: “Şəbnəm, niyə məsələn, sənin haqqında Nigar xanıma sual verildi, o da səni məsxərəyə qoydu?” pizza hut

Mən qorxaq insan deyiləm. Bəzən Afət xanım deyir ki, guya Şəbnəm qorxaqdır, amma istəsəm, hər şeyi deyərəm. Bu, qorxaqlıq deyil. Çox vaxt abırıma bükülürəm, çünki ailədə də hər şeyə sərt reaksiya verməmişəm. Qorxaq deyiləm, sadəcə hörmət edirəm.

Bu, illərin hörmətidir. Lazım olsa, sözümü deyə biləcək insanam. Çox xahiş edirəm, aparıcılar, verilişə gələn qonaqlara veriləcək suallara fikir verin. Belə davam edəcəksə, məni çağırmayın, mən də gəlməyim. Mən gəlməsəm nə olacaq, verilişiniz baxılmayacaq?!

Bunu keçən dəfə Zaura da demişəm. Zümrüd xanıma da, Tolikə də. Elə qonaqlar olur ki, onlara verilən suallar kənardan pis anlaşılır. "Şəbnəm cavab verə bilmədi" kimi görünür. Ona görə də əsəblərimi tarıma çəkməyin!”

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!