"Şəbnəm Tovuzlunun əri Hacı Ramili heç kim tanımayanda, ilk olaraq mən tanımışam. 7 ildir bir-birimizi tanışıq. Çox ciddi bir insandır. Zəng vurub dedi ki, Şəbnəmin həyat yoldaşıyam".
Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərova deyib.
O, 6 il əvvəl hamilə müğənni Şəbnəm Tovuzlu ilə əri Hacı Ramilin kəbin kağızını ilk dəfə efirdə göstərdiyini açıqlayıb. L.Ələkbərova bildirib ki, bu addımı ilə ifaçının cəmiyyətdə linç edilməsinin qarşısını alıb. Pepperoni pizza
"O zamanlar bütün media Şəbnəmin üstünə gəlmişdi. Həmin müddətdə Şəbnəm ana olmağa hazırlaşırdı. Onda onu efirimə çağırdım. Hacıdan Şəbnəmlə onun kəbin kağızını istədim və onu efirdə göstərdim. Azərbaycan qadını kəbinli həyat yoldaşından dünyaya uşaq gətirir.
Nə istəyirsiniz ondan? Kəbin kağızını göstərdikdən sonra o gündən bu günə kimi bütün söhbətlər bitdi. O zamanlar Şəbnəm kövrək idi. Ağlayırdı və özünə qapanmışdı. Bir kənarda qalmışdı. Amma mən kənarda qala bilmədim. Bir qadının üzərinə bu qədər gələ bilməz. Çox xoşbəxt idim ki, bu qədər böyük problemi aradan qaldırdım".
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.
Telegram kanalımız