16 Avqust - 10:27
Səhər-axşam otellərə daşınan müğənnilər kimlərdir? - Şok açıqlama

Səhər-axşam otellərə daşınan müğənnilər kimlərdir? - Şok açıqlama

Şou

04 Avqust 2022 14:22 105264


“Bunu məndən niyə soruşursunuz ki?! Bunu elə, Maral Tahirqızının özü daha yaxşı bilər. O, mənim üçün önəmli biri deyil ki, fikirlərinə hər hansı münasibət bildirim. Özü məhz insan alveriylə bağlı həbs olunmuşdu. Yəqin, o ab-havada da qalıb”. 

Bu sözləri “Yeni Sabah”a Günel Ələkbərova (Pişik Günel) bir neçə gün öncə Maral Tahirqızının saytımıza müsahibəsində “Bəzi müğənniləri səhər-axşam otelllərə daşıyırlar” fikrinə münasibət bildirərkən deyib.

Günel Ələkbərova əlavə edib:

“Müğənni otelə də gedir. Otellərdə fəaliyyət göstərən restoranlar var. Yəqin, Maral Tahirqızını nəyəsə görə aparıblar, onu deyə bilmirəm. Hər kəs öz arşınıyla ölçməsin. Düzdür, özü həbsinin motivini təkzib edib. Biz dərinliyini bilmirik. Gördüyümüzü deyirik. Heç kimin yanında olmamışıq. Heç kimin də haqqına girib kiminsə babalını da yuya bilmərik. Amma gördüyümüzü deyirik. Müğənnilərin daşı ağır olur. Maral Tahirqızı kimləri görüb adlarını çəksin. Bəlkə özü aparıb?! Ya da aprılanların içində özü də olub. Mənim elə adamlara fikri bildirməyim düzgün çıxmır”.

Mənzurə Musayevanın prodüseri Şaiq Şirinovun isə cavabı belə oldu:

"Mən Mənzurə xanımın fikirlərini deyirəm. Maral Tahirqızı adında müğənni tanımıram. Xanım da demək istəmirəm, hansısa bir qadın boş-boş danışırsa, nə deyə bilərəm?! Müğənni otelə də gedə bilər, istirahətə uzaq yol getdiyi yerdə gecələyə bilər. Amma aylıq gəliri olub pul qarşılığında otelə gedən müğənni nə Mənzurə xanım, nə də mən tanıyıram”. 

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!