Səhərdən axşama qədər özünüzü yorğun hiss edirsinizsə,   səbəbi bu ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Səhərdən axşama qədər özünüzü yorğun hiss edirsinizsə, səbəbi bu ola bilər

Sağlamlıq

14 Avqust 2026 01:38 43


Davamlı yorğunluq və halsızlıq yalnız gərgin həyat tərzi ilə bağlı olmaya bilər. Uzun müddət davam edən yorğunluq bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli mütəxəssis Hüseyn Taşkıran istirahətə baxmayaraq keçməyən və gündəlik həyata təsir edən halsızlıqlara diqqət yetirməyin vacib olduğunu bildirib.

Həkim bildirib ki, yorğunluğun bir çox səbəbi ola bilər və bunu hər zaman çox işləmək və ya yuxusuzluqla əlaqələndirmək düzgün deyil. Dominos pizza

Onun sözlərinə görə, qanazlığı, qalxanabənzər vəz xəstəlikləri, vitamin və mineral çatışmazlığı, şəkərli diabet, infeksiyalar, yuxu pozuntuları və bəzi xroniki xəstəliklər uzunmüddətli halsızlığa səbəb ola bilər.

Xüsusilə gündəlik vərdişlərdə heç bir dəyişiklik olmadığı halda davamlı yorğunluq yaranırsa, bunun səbəbi araşdırılmalıdır. Həkim erkən müayinənin problemin əsas səbəbini müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Taşkıran qeyd edib ki, yorğunluq bəzən sadə səbəblərdən yaransa da, daha ciddi sağlamlıq problemlərinin göstəricisi də ola bilər.

Onun sözlərinə görə, xəstənin yaşı, həyat tərzi, qidalanması və digər şikayətləri birlikdə qiymətləndirilməlidir. Lazım gəldikdə qan analizləri və tibbi müayinələr vasitəsilə bir sıra xəstəlikləri erkən mərhələdə müəyyən etmək mümkündür.

Həkim sağlam həyat tərzinin də enerji səviyyəsinə təsir etdiyini bildirib. Bunun üçün müntəzəm yuxu, balanslı qidalanma, kifayət qədər maye qəbulu və uyğun fiziki aktivlik tövsiyə olunur. Lakin bu tədbirlərə baxmayaraq yorğunluq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Uzun müddət davam edən halsızlıqla yanaşı səbəbsiz çəki itkisi, qızdırma, gecə tərləməsi, nəfəs darlığı, ürəkdöyünmə və gündəlik işləri çətinləşdirən yorğunluq müşahidə olunursa, tibbi müayinədən keçmək vacibdir.

Həkim müntəzəm sağlamlıq yoxlamalarının xəstəliklərin erkən aşkarlanması və həyat keyfiyyətinin qorunması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Əsmətxanım Rzazadə 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!