Abşeron RİH-nin təşkilatçılığı ilə şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 14 ailə (15 nəfər) ölkəmizin dilbər guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı istirahət mərkəzlərindən birində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaq.
İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib.
RİH başçısı Abdin Fərzəliyev bildirib ki, rayon icra hakimiyyətinin müvafiq şöbəsinin hazırladığı plana uyğun olaraq Abşeronlu şəhid ailələrinin və qazilərin hissə-hissə ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunacaqdır. Bu göndərişin artıq ənənə xarakter daşıdığını, bundan sonra da layihənin davam etdiriləcəyini vurğulayan RİH başçısı qeyd edib ki, bu gün cəmiyyətimiz şəhidlərimizlə, şəhid ailələrimizlə və qazilərimizlə fəxr edir, onlar hamımızın qürur yeri, vətənpərvərlik nümunəmizdir. pizza
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Dəmir yumruq”u ətrafında birləşən, xalqımızın 30 illik vətən həsrətinə son qoyan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və onların adlarının yaşadılması, əbədiləşdirilməsi istiqamətində addımlar atılır və bundan sonra da lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edən başçı şəhid ailələrinin Kəlbəcər və Laçında istirahətlərinin təşkil olunacağı günün çox yaxında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.
Telegram kanalımız