“Şəhid analarından utanıram“ -  - Əflatun Qubadov
28 Okt 2020 18:18
1459

“Şəhid analarından utanıram“ - - Əflatun Qubadov

Oğlu və qardaşı hazırda cəbhədə döyüşən müğənni Əflatun Qubadov müharibədən danışıb.

Yenisabah.az xəbər verir ki, Big.az-a açıqlama verən müğənni indiki vəziyyətdə efirə çıxıb mahnı oxumağa utandığını bildirib:

"Canımız,qanımız, malımız Vətənə qurban. Vətən uğrunda hər şeyə razıyıq! Mənim çoxlu vətənpərvər mahnılarım var, amma efirə çıxmıram, çünki, şəhid analarından utanıram. İnşallah qələbə xəbəri gəlsin, onda efirə çıxacağam. Ancaq qələbədən sonra efirə çıxacağam. İndi toy, mahnı oxumaq vaxtı deyil, indi silah götürüb döyüşmək vaxtıdır”.

İfaçı qələbə xəbərinin tezliklə gələcəyini qeyd edib:

"Bizim Ali Baş Komandanımız var. Biz qələbə çalacağıq. Hər bir qarış torpağımızı düşməndən azad edəcəyik! Mənim gəlinlərimin biri Qubadlıdan, digəri də Ağdamdandır. İnşallah Qarabağ bütünlüklə işğaldan azad olunacaq və igid oğullarımız bütünlüklə torpaqlarımızı işğaldan azad edəcəklər. Sağ-salamat evlərinə qayıdacaqlar. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların yeri cənnətdir"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər