Son günlər bir çox məşhur sima şəhidlər üçün ehsan süfrəsi açır.
Bu süfrələrdə şəhid ailələri, qazilər olsalar da, məclisə qatılanların böyük qisminin incəsənət və dövlət adamları olması da diqqətdən yayınmır. Bəzi sosial şəbəkə istifadəçiləri ehsanın ehtiyacı olanlar üçün açılmasının vacibliyini vurğulayaraq məşhurları tənqid atəşinə tutublar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev ehsan süfrəsi açan bəzi şou-biznes nümayəndələrini yıxıb-sürüyüb: Dördpendirli pizza
“Onların verdiyi ehsan yox, oyundur. Onlar asan yolla pul qazananlardır, məşhur yox. Məşhur adam ehsanı kasıba, yetimə, xalqa verər, öz “kruq”una yox. O ehsan savaba düşmür. O ehsan ki, öz çevrəsinə verilir, bu ehsan sayılmır. Həmin süfrədə yetimlər, şikəst, fağır-füqəra oturub yemək yeyəndə bu Allaha da, bəndəyə də xoş gedir. Bu cür ehsan verilmir, öz rəfiqələrini, həmkarlarını çağırırlar, adını da qoyurlar “ehsan”.
Bunlar gülməlidir. Məşhur sözü onlara aid deyil, onlar “canıyanmışlar”dır. Məşhur mənəm. Hər kəsin öz adı var, onlar asan yolla pul qazananlardır, adları isə tamam başqadır. Sənətlə pul qazanmaq başqa bir şeydir, bu isə başqa. Onlar kimdir axı?! Haranın məşhurudurlar?”
Müğənni ehsan süfrələri verərək sosial şəbəkələrdə paylaşanların bunu gündəmə gəlmək üçün etdiklərini bildirib:
“Açdığı süfrəyə də öz yaxınlarını dəvət edib adını ehsan qoyurlar, onlar iki dəfə Allahın bəlasına gələcəklər, çünki düz etmirlər. Sosial şəbəkələrdə də paylaşırlar. Özlərini reklam edib populyarlaşmaq istəyirlər, çoxdandır efirlərdə yoxdurlar deyə gündəmdən düşüblər. Bu yolla “biz də varıq” deməyə çalışırlar, mən isə deyirəm ki, siz yoxsunuz!.. Olsaydınız xalqın içində olardınız, mənim kimi sosial problemlərdən danışardınız. Siz isə özünüz üçün ehsan verirsiniz, Allah qəbul etsin”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız