18 Avqust - 06:17
Şəhid olan hərbçimiz nişanlı imiş – FOTO

Şəhid olan hərbçimiz nişanlı imiş – FOTO

Hadisə

06 Avqust 2022 09:35 1599


Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub.

Oxu.Az xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub.

B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşıdır.

B.Əliyev nişanlı olub.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!