Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“  - Video
29 Noy 2020 11:21
1110

Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“ - Video

Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.

Yenisabah.az xəbər verir ki, mesaja "Azpromedia" şirkəti tərəfindən video rolik hazırlanıb.

"Azpromedia"nın direktoru Tural Museyibov bildirib ki, şəhid polkovnikin səsini yaşatmaq məqsədilə bu addımı atıblar:

"2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. "Azpromedia" olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!"

Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“  - Video
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər