Səhiyyə Nazirliyindən hantavirus açıqlaması -   Azərbaycanda risk varmı?

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyindən hantavirus açıqlaması - Azərbaycanda risk varmı?

Sağlamlıq

12 May 2026 15:21 90


“Son günlər beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. pizza

Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək. 

Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!