Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şəhriyar Məmmədyarov Harri Kasparova yenə qalib gəldi
11 İyl 2021 22:10
1362

Şəhriyar Məmmədyarov Harri Kasparova yenə qalib gəldi

Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Yenisabah.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.

Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.

Blits

X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0

XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0

XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1

XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5

XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0

Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19./Apasport.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər