Azərbaycanın tanınmış rejissoru ərindən boşandı və işdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tanınmış rejissoru ərindən boşandı və işdən çıxdı

Şou

13 Dekabr 2025 19:35 4500


Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səida Haqverdiyeva həyat yoldaşı, həmin teatrın direktoru Rəşad Əhmədzadə ilə boşanıb və işdən çıxıb. 

"Yeni Sabah"ın xəbərinə görə, bunu Səida Haqverdiyeva sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, artıq R.Əhmədzadə ilə nikahına xitam verilib:  pizza mizza

"Əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə", - o vurğulayıb. 

Qeyd edək ki, S.Haqverdiyeva bir müddət əvvəl bildirmişdi ki, ona görə həyat yoldaşına təzyiq edilir. O, ərini bu təzyiqlərdən qorumaq üçün boşanmaq qərarına gəldiyini açıqlamışdı. 

Səidə Haqverdiyeva baş verənlərə görə Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədovanı ittiham etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!