Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər səsləndirib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, "Səhər mərkəzi" proqramında qonaq olan sənətçi ona təqdim edilən tanınmış simaların fotolarına rəy bildirib, onlardan hansı ilə evlənib-evlənməyəcəyini deyib.
Səidə əvvəlcə Niyam Salami haqda danışıb: "Özü təklif etdi, dedi, evlənək. Dedim ki, Niyam gülməkdən ölərəm". Daha sonra o, ekranda görünən aktyor Elşən Orucovla bağlı danışıb: "Elşən kimi olar, amma Fəlakət kimi bağışla". Ardınca İbrahim Tatlısesin şəklini görən Səidə "Bu kişini çırparam. Çünki şorgözdür", - şərhini verib. pizza sifarişi
Müğənni həmkarı Çingiz Mustafayevin isə mədəni və yaraşıqlı olduğunu, lakin onunla yola gedə bilməyəcəyini deyib.
Səidə reper Dadonun rəsminə maraqlı reaksiya verib: "Bu da bir cür dəlidir. Bu işin sonunda ya o, məni, ya da mən onu öldürərəm".
Özünü Eldar Qasımovla bir yerdə görmədiyini deyən Sultan "Ay Allah... Məni onu bəsləyərəm, bələyərəm", - deyib. İfaçılar Şöhrət Məmmədov və Talıb Talenin isə zövqünə və stilinə uyğun olmadığını söyləyib.
Səidə sonda təqdim olunan fotolardan yalnız Murat Bozla ailə qura biləcəyini deyib.
Telegram kanalımız