Səidəyə qarğış etdilər: “Səni erməni gülləsinə tuş gələsən“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Səidəyə qarğış etdilər: “Səni erməni gülləsinə tuş gələsən“ - Video

Şou

06 Mart 2021 11:52 952


Müğənni Səidə Sultan geyiminə görə sərt tənqid edilib.

Yenisabah.az xəbər verir ki, ötən gün ATV telekanalında yayımlanan “7 Canlı” proqramında qonaq olan ifaçının libası müzakirə olunub.

Sosial şəbəkələrdə görüntüləri yayılan Səidə qınaq atəşinə tutulub.

Efirə açıq-saçıq geyimdə gələn müğənnini tamaşaçılar birmənalı qarşılamayıblar.

Onlar xanım sənətçiyə “Sizləri erməni gülləsinə tuş gələsiniz”, “Dar və qısa geyimlər bizim mentalitetə uyğun deyil, geyinməyin”, “Utan, öl, yerə gir. Camaat ailəsi ilə televizora baxır. ATV-nin rəhbərliyinə ayıb olsun ki, səni bu geyimdə efirə buraxıb”, “Heç xarici ölkələrdə belə geyinmirlər.Azərbaycan qadınına belə geyinmək yaraşmır” – kimi  rəylər yazıblar.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!