Şəkidə heyvanların peyvəndlənməsinə başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə heyvanların peyvəndlənməsinə başlanılıb

Sosial

31 Yanvar 2019 15:47 1131


Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

“Yeni Sabah” xəbər verir ki, hazırda 68 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən Şəki rayonunda epizootik durum sabitdir. 71 min baş iribuynuzlu, 289 min baş xırdabuynuzlu, 3 min baş təkdırnaqlı, 5 min baş it mövcud olan rayonda müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Dövlət Baytarlıq Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 20 sahə baytarlıq məntəqəsinə çatdırılaraq mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi ümumilikdə rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30 min baş iribuynuzlu, 1500 baş təkdırnaqlı heyvanda qarayara, 3 min baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb, eləcə də 6400 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevral ayının sonuna  kimi yekunlaşdırılması nəzərdə tutulur.  Marqarita pizza

Şəki rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros,  xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) və rinopnevmoniya xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!