Səkkiz yaşlı qız smartfonun partlaması nəticəsində öldü – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Səkkiz yaşlı qız smartfonun partlaması nəticəsində öldü – FOTO

Dünya

26 Aprel 2023 08:23 1352


Hindistanda səkkiz yaşlı qız Adityaşri Kumar gecə saatlarında evində “Redmi Note 5 Pro” smartfonunun partlaması nəticəsində ölüb.

Hadisə ölkənin cənubundakı Tiruvilvamala kəndində baş verib.

Məhkəmə-tibbi ekspertiza göstərib ki, qəza zamanı telefon şarjda olmayıb. Ölümə səbəb mobil cihazın həddindən artıq qızması səbəbindən içərisində batareyanın partlaması olub. Toyuqlu pizza

Səkkiz yaşlı qızın atası Aşok Kumar bildirib ki, faciə baş verən zaman evdə qızı ilə birgə yalnız nənəsi olub. Mütəxəssislərin fikrincə, “Redmi Note 5 Pro” yorğanın içərisində olduğu üçün həddindən artıq qızıb.

Nənə polisə bildirib ki, hadisə zamanı uşaq yorğanın altında uzanaraq smartfonla oynayırmış. Mətbəxə çəkilən qadın partlayış səsi eşidib və otağa daxil olduqda çarpayıda yaralı nəvəsini görüb. /Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!