"Ryanair" aviaşirkətinin təyyarəsində Salonikidəki "Makedoniya" hava limanından qalxarkən texniki nasazlıq baş verib. Naməlum səbəbdən təyyarənin illüminatoru (pəncərəsi) qəfildən sınıb və pəncərənin yanında oturan sərnişin yarıya qədər çölə sovrulub. Sərnişin yaralanıb və yanıq xəsarətləri alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat verib.
Məlumata görə, Salonikidəki "Makedoniya" Beynəlxalq Hava Limanından qalxan "Ryanair" reysi Almaniyanın Memmingen şəhərinin hava limanına gedirmiş. Sərnişinlərin sözlərinə görə, qalxışdan bir neçə dəqiqə sonra, təyyarə artıq havada olarkən, yüksək səs eşidilib, pəncərə qırılıb və pəncərə yanında oturan sərnişin demək olar ki, yarıya qədər təyyarədən kənara çıxıb. 60 yaşlı yunan kişinin yanında oturan sərnişinlər onu təyyarənin içərisində saxlamağa nail olublar. Həmçinin xəsarət alan şəxsin taxdığı təhlükəsizlik kəmərləri də köməyə çatıb. Təyyarədə panika başlayıb, oksigen maskaları avtomatik olaraq açılıb. Pilotlar sərnişinləri sakitləşdirib və təyyarəni Saloniki hava limanına qaytarıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, o, şok vəziyyətindədir, boynunda problemlər, sıyrıntılar və sınmış pəncərə ilə sürtünmədən yanıqlar aşkarlanıb. Əksəriyyəti xəsarət almayan qalan sərnişinlər artıq başqa reyslə Almaniyaya yola düşüblər. pizza sifarişi
Əldə olan məlumata görə, təyyarənin uçuşu zamanı mühərrikdən qopan və nəticədə pəncərəni sındıran parça hadisəyə səbəb olmuş ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız