“Semaşko”dakı izdihamla bağlı nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Semaşko”dakı izdihamla bağlı nazirlikdən AÇIQLAMA

Sosial

27 May 2021 15:15 1419


Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı bəzi poliklinikalarda yaranan növbələrə münasibət bildirib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarından sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Qeyd olunub ki, problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir: “Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!