“Səməd Səmədovun məzarını görmək istəmirəm“ - Nazim

saytların hazırlanması

Evə çatdırılma

“Səməd Səmədovun məzarını görmək istəmirəm“ - Nazim

Şou

22 Avqust 2022 16:36 1497


"Onun dünyasını dəyişməsi gözlənilməz oldu. Yatsam yuxuma girməzdi ki, belə xəbər eşidəcəm. Gənc vaxtlarımdan Səməd obrazı həyatımda var idi. Səməd Səmədov təvazökar insan idi. Özü haqqında heç vaxt böyük-böyük danışmazdı". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "O üz" proqramında deyib. O, mərhum Xalq artisti Səməd Səmədovla bağlı xatirələrini bölüşüb:

"Bu gün də onun izi sənətdə qalıb. Eşidəndə ki, dünyasını dəyişib, inanmadım. Gördüm yox, yavaş-yavaş məlumat təsdiqlənir. Donub qaldım. Çaşqın vəziyyətdə idim. Onun məzarına getməmişəm, gedə bilmirəm. İçimdəki hansısa qüvvə qoymur gedim. İstəmirəm onun başdaşını görüm. Bizim münasibətimizdə o qədər baməzə anlar olub ki... Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm".  pizza sifarişi

Qeyd edək ki, S.Səmədov koronavirusdan dünyasını dəyişib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!