Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının 60 illiyidir.
“Yeni Sabah” onun doğum günü təəsüratlarını öyrənib. Şəmistan Əlizamanlı saytımıza açıqlamasında 60 yaşının olmasına baxmayaraq, özünü gümrah və gənc hiss etdiyini bildirib:
“Mənim ruhum gəncdir. Buna görə də çox zaman yaşımı göstərmədiyimi deyirlər. Qocalmaqdan və ya yaşımın artmasından da qorxmuram. Hər zaman mübarizik, əhval-ruhiyyəmiz yüksəkdir, əzmkarıq. Qələbə xəbərini eşidəcəyik, torpaqlarımız azad olacaq. Ona görə də bizim ruhdan düşməyə və ya qocalmağa haqqımız yoxdur”. pizza hut
Qeyd edək ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.
Günay Rəsulqızı
Telegram kanalımız