Bu gün "Hər şey daxil"də qonaq olan Musa Musayev və Təranə Qumral cütlüyü haqda aparıcı Tarix Əliyev (Tolik) maraqlı bir məqamı da diqqətə çatdırıb.
“Yeni Sabah” xəbər verir ki, efir zamanı Tolik onların küsülü olduğu müğənni həmkarı Könül Kərimova ilə bir masada oturduqlarını, amma verilişə birgə gəlmək istəmədiklərini deyib. Aparıcı Şəmkirdə onların bir araya gəlməsi ilə bağlı danışıb:
"Zaur efirində barışdırmaq istədi, alınmadı, amma mən bilirəm ki, Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Könül Kərimova, Musa Musayev, Cabbar Musayev, Təranə Qumral eyni süfrədə oturublar. Onlar toy sahinibə deməyiblər ki, biz ayrı masada oturaq, onlar burada. Burada bir masada otururlar, amma eyni verilişə gəlmirlər". Sezar pizza
Təranə Qumralın buna reaksiyası da maraqlı olub. Xanım ifaçı bunu maddiyatla əlaqələndirib:
"Mən deyim niyə?! Orada pul var, ona görə. Orada maddiyat var. O da pul qazanacaq, biz də pul qazanacağıq. O istəmir ki, desin "Təranə gəlir, mən gəlmirəm". Bəlkə fikirləşir ki, toy sahibi deyəcək ki, "Heç gəlmirsən gəlmə". O qədər pulu itirəcək onda".
Telegram kanalımız