Şəmkirin həbs olunan icra başçısının maralları Salyana aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirin həbs olunan icra başçısının maralları Salyana aparıldı

Maraqlı

07 Fevral 2022 21:20 1211


Hüquq mühafizə orqanları tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı çox adama məlumdur. Bu həm də Azərbaycanda ilk maral fermasıdır.

Yenisabah.az xəbər verir ki, əvvəllər təsərrüfatdakı maralların sayı çox olsa da, 2021-də 30 maral qalıb.

Şəmkirin icra başçısı  bələdiyyənin 3 milyonluq mülkiyyətini oğluna 40 manata satıb Dominos pizza

Şəmkirin Kür qəsəbəsində "Camış ferması" kimi tanınan ərazi Alimpaşa Məmmədov icra başçısı gələndən sonra zəbt edilib. 

Qeyd edək ki, həmin maralların aqibətinin necə olması çoxlarını maraqlandırır. Məhz bu səbəbdən, saytımızın regionlardakı əsas xəbər qaynaqları ilə əlaqə saxladı və maralların taleyi barədə qısa da olsa informasiya əldə etdik. Bizə verilən məlumata görə, Alimpaşa Məmmədovun maralları onun dədə-baba torpağı olan Salyana köçürülüb və qohumların nəzarəti altındadır.

Xatırladaq ki, hazırda həbsdə olan eks icra başçısının daha əvvəl bəzi əmlakı kimi maralların da müsadirə olunacağı deyilirdi. Hətta maralların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi barədə proqnozlar vardı.Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!