ABŞ Senatı Dövlət Departamentini Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnaməni təsdiqləyib.
Yenisabaha.az xəbər verir ki, qətnamənin mətni ABŞ Konqresinin saytında dərc olunub.
Sənədin Senatda səsvermə yolu ilə düzəliş və dəyişdirilmiş preambula ilə razılaşdırıldığı barədə məlumatlar ortaya çıxıb. pizza
Qətnamə baxılmaq üçün 2022-ci il mayın 9-da, daha sonra preambulaya düzəlişlə iyulun 11-də təqdim edilib.
Sənəddə qeyd olunur ki, Kuba, Şimali Koreya, İran və Suriya hazırda ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısındadır.
Senat, xüsusən də Rusiyanın Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərini bu siyahıya daxil etmək hesab edir.
Telegram kanalımız