Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, senatorun toxunulmazlığının ləğvi və axtarışın keçirilməsi barədə qərar qəbul ediləndən sonra Rauf Araşukov iclas zalından çıxarkən saxlanılıb.
32 yaşlı senatorun tutulmasından öncə mətbuat işçiləri zaldan çıxarılıb və iclas qapalı elan edilib. Zalın girişini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bağlayıb. pizza hut
Bildirilir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. Lakin senatorun saxlanılma səbəbi məlum deyil.
Telegram kanalımız