30 Sentyabr - 01:54
Sənay Yağmurla bağlı məhkəmə prosesindən yeni xəbər

Sənay Yağmurla bağlı məhkəmə prosesindən yeni xəbər

Kriminal

17 Avqust 2022 19:35 936


Bu gün yeniyetmə Sənay Yağmura (Qəhrəmanlı) təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Məhkəmədə hökm oxunulacağı gözlənilsə də, proses növbəti dəfə yekunlaşmayıb.

Yenisabah.az xəbər verir ki, məhkəmə Əsgər Ağazadəyə bir həftə  qarnı ağrıdığı üçün möhlət verib.

Növbəti məhkəmə avqust ayının 24-nə təyin edilib.

Bundan əlavə, təqsirləndirilən Əsgər Ağazadənin valideynləri Zümrüd Yağmuru böhtan maddəsi ilə məhkəməyə verib. Sözügedən məhkəmə də avqust ayının 24-nə təyin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!