Sənədsiz evlərin qazı, suyu, işığı kəsiləcək?   - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Sənədsiz evlərin qazı, suyu, işığı kəsiləcək? - RƏSMİ CAVAB

Sosial

06 Noyabr 2023 19:01 23462


Bu ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirə olunub. 

Yenisabah.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Facebook" hesabında hazırda paytaxtda çox sayda sənədsiz evlərin olduğunu xatırladıb: Dördpendirli pizza

“Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və qurumlarla müqavilələri var. Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı qurumlara müraciət olunarsa, onlardan cıxarış tələb olunacaqmı?” 

Məsələyə münasibət bildirən kommunikasyanı həyata keçirən qurum nümayəndələri bu qərarın sayğacı olan və əvvəldən kommunikasiyaya qoşulan abunəçilərə şamil olunmadığını bildiriblər. 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, icazə sənədi yeni abonent olmaq istəyənlərdən tələb olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəşid
    Millətin başına kəndir salıb sürüyün dözümlü xalqdı ?
    3 years ago
  • Vuqar
    binə qesebesində bir qurup makler bir sotda ev tikir bir evin krişası digerinə yapışıb fövqalada bir hadise baş vererse yanğın və yaxud qaz sızma digerləride məhv olar.heç bir tehlukesizliye riyayet etmirlər alıcılarda başı çıxmır alır ve bedbext olur,özunu ailəsini tehlukeye atir.qsrşısı alınmalıdı bine qesebeside nə yolla olur olsun qazdaaa,işığdaa suda ara adamları təşkil edib pulun alarlar ,bunun qarşısı alınmalıdı
    3 years ago