9 Avqust - 06:03
“Səni zəlil qalasan! Şikəst olasan! Əllərin qırılıb yanına düşsün“  - Məşhurlar od püskürdü

“Səni zəlil qalasan! Şikəst olasan! Əllərin qırılıb yanına düşsün“ - Məşhurlar od püskürdü

Şou

14 Yanvar 2022 11:47 49188


Sosial şəbəkələrdə Azərbaycanda tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər böyük təpki doğurub.

Yenisabah.az xəbər verir ki, məşhurlar da görüntülərə səssiz qalmayıblar. Onlar sosial şəbəkələrdə videonu paylaşaraq tərbiyəçini qınaq atəşinə tutublar.

Əməkdar artist Könül Kərimova:

"Ürəyim qısıldı! Səni zəlil qalasan! Şikəst olasan! Əllərin qırılıb yanına düşsün, İnşallah! O uşaq başa düşmür axı sənin dediyini! Daş düşsün başına! Sənin o şəkil çəkməyin nə vacibdir axı? Yazıq uşaq çörəyini yemək istəyir. Qolların sınsın niyə qoymursan? Allah bəlanızı versin İnşallah! Anasını da kor qalsın! Elə bağçaya, elə tərbiyəçiyə uşaq etibar edərlər? Bir baxın! Bu ifritəni tanıyan varsa lütfən, mənə yazsın! Onu tapıb o qapazın yekəsini onun başına vuracam!".

Şairə Nazilə Səfərli:

"Bəlkə yanılıram. Mənzərədən təxmini anladım ki, bu körpənin valideyini bu tərbiyəçidən soruşub ki, uşaq yemək yeyir? Bu da valideyinə uşağın ağzında çorək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi bir az çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideyinlər texniklərə, tərbiyəçilərə pul verirlər vaxtı ilə mən də ayda 10 manat verirdim. Verməsəm, narazılıq edirdilər. Yəqin ki, indi bu məbləğ çoxalıb. Maraqlıdır bu videonu kim çəkib? Daha dəqiq bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək bunun arxasından day-day qismində kim çıxacaq? Uşaq yazıq iştaha ilə yemək yeyirdi. Səni zəlil qal tərbiyəçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin! Yazıq uşaq necə məyus baxır".

Aparıcı Zaur Baxşəliyev:

"Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə baxçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun vədinə fasonuna bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!