“Sənin damarında bircə qram erməni qanı var?” - Paşinyanın arvadı təhqir olundu

saytların hazırlanması

Evə çatdırılma

“Sənin damarında bircə qram erməni qanı var?” - Paşinyanın arvadı təhqir olundu

Rəsmi

28 Oktyabr 2022 17:14 1336


“Uşaqlarımızın bir ara var olduğunu, minlərlə oğullarımızı yaddan çıxarıb heç nə olmamış kimi yaşamağı və bir gün sizin kimilər tərəfindən qəsdən uşaqlarımızın ölümə aparıldığını necə unuda bilərik?!"

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri 44 günlük müharibə zamanı həlak olan Mxitar Qaleyanın anası Astq Qaleyan “Facebook” səhifəsində yazıb:

“Bağışlayın, siz adekvatsınız, yoxsa “birinci ledi” adlı hansısa dərmanın təsiri altındadır?! Nə danışırsınız, valideyn övladı ilə belə vidalaşa bilər? Sən daşdansan, yoxsa ətdən? Sənin damarında heç olmasa, bircə qram da erməni qanı var?

Torpağı dördünüz özünüzlə apararsınız, onsuz da ölən övladlarımızı unutmusunuz. Əsəblərimizlə oynamaq və belə sərsəm çıxışlar yazmaq kifayətdir. Yazınızda bir şeyi anladım ki, bundan sonra sizi daha pis hadisələr gözləyir”.

Xatırladaq ki, Nikol Paşinyanın arvadı Anna Hakobyan bundan öncə sosial şəbəkə hesabında erməni xalqından keçmişdə baş verən hadisələrin hamısını unutmağı, hətta onu torpağın altında basdırmağı məsləhət görmüşdü.

Məlum yazıdan sonra sosial şəbəkələrin erməni seqmentində Baş nazirin arvadına qarşı nalayiq ifadələr və təhqirlər geniş vüsət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!