“ATV maqazin onlarla” verilişinin qonağı müğənni Xatirə İslam olub.
“Yeni Sabah” xəbər verir ki, ifaçı həmkarlarını düzgün oxumamaqda ittiham edib:
“Azərbaycanda olan ifaçıların çoxu düzgün oxumur. Bu günədək necə oxumusunuz? Özümdə də bu çətinliyi görmüşəm. Qarından ifa etmək lazımdır, boğazdan yox. Biz başımıza boya qoyuruq, burnumuzu kəsdiririk, üzümüzə iynə vururuq. Bəs, bu səs niyə qocalmasın? Axı, o içəridədir, biz onu görmürük. Altı saat dayanmadanoxumaq – insan bunu etməməlidir”. pizza
Xatirə Türkiyədə səs həkiminə getməsindən də danışıb:
“Səs həkimimə deyəndə ki, biz altı saat toyda oxuyuruq. O dedi ki, heç vaxt ola bilməz, səmimi olun. Həkim dedi ki, mən sənə nə edə bilərəm ki, sənin işin Allaha qalıb”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız