Sensasiya: Priqojinin oxşarı var, onun adından uçur - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sensasiya: Priqojinin oxşarı var, onun adından uçur - Foto

Dünya

26 Avqust 2023 22:24 2974


Yevgeni Priqojinin iyun iğtişaşından sonra Rusiya müstəntiqləri onun evində axtarış apararkən, “Vaqner” rəhbərinin adından uçuş həyata keçirə biləcək oxşarının olduğunu təsdiqləyən sənədlər aşkarlamışdılar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Bildirilib ki, sənədlərdə bütün şəxsi məlumatlar Priqojinin idi, yalnız fotodan başqa... pizza hut

Bundan çıxış edən “Nyu York Tayms” isə Priqojinin uçuş zamanı iz azdırmaq üçün oxşarından istifadə edə biləcəyinə diqqət çəkib.

Qiyam zamanı Priqojinin evindən çıxan “oxşarının sənədinin” görüntüsü də yayılıb.

Qeyd edək ki, 23 avqustda Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Priqojin də daxil olmaqla, göyərtədə olan 10 nəfərin hamısı ölüb.

Təyyarənin vurulduğu və yaxud daxildən partladıldığı ehtimalı yüksəkdir. Çünki qəzadan öncə şahidlər havada ikən təyyarədə ardıcıl iki partlayış baş verdiyini müşahidə ediblər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!