SEPAH: ABŞ Çin, Rusiya və Avropanı zəiflətmək üçün İran limanlarını bloklayır

saytların hazırlanması

Evə çatdırılma

SEPAH: ABŞ Çin, Rusiya və Avropanı zəiflətmək üçün İran limanlarını bloklayır

Dünya

30 Aprel 2026 09:56 82


ABŞ Çini, Rusiyanı və Avropanı zəiflətmək üçün İran limanlarına dəniz blokadası tətbiq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının sosial media səhifəsindəki paylaşımında bildirilib.

Postda qeyd olunur: "Tramp administrasiyası qlobal enerji idarəetməsi strategiyasından təxribata keçib, Çini, Rusiyanı və Avropanı zəiflətmək üçün genişmiqyaslı təxribat layihəsinin bir hissəsi olaraq dəniz blokadası tətbiq edib".

Kəşfiyyat Təşkilatı hesab edir ki, Ağ Ev artıq onların layihəsinin uğursuz olduğunu anlayıb: "Tehran 'təxribata qarşı koalisiyanın' mərkəzinə çevrilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!