“Sepah“ generalı qonşu dövlətlərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sepah“ generalı qonşu dövlətlərə xəbərdarlıq etdi

Dünya

17 Oktyabr 2022 17:56 1309


"Bölgə coğrafiyasının dəyişməsi İran üçün qırmızı xəttdir".

Yenisabah.az ILNA xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Səlami deyib.

O, Azərbaycanla sərhəddə keçirilən genişmiqyaslı təlimlər barədə danışarkən qonşu dövlətlərə xatırladıb ki, “nə qədər ki, düşmənlər İrana qarşı hiylə qurmayıblar” İran dostluq və qardaşlıq siyasətinə sadiqdir. Toyuqlu pizza

“Biz qonşularımızı əməkdaşlıq və qeyri-hərbi yanaşmalar vasitəsilə problemlərini həll etməyə təşviq edirik. Bu regionda maraqlarımız var, ona görə də regionun hansısa guşəsində insident baş verərsə, maraqlarımıza təhlükə yaranarsa, o zaman bitərəf qalmayacağıq və öz maraqlarımızı müdafiə edəcəyik”, - deyə general əlavə edib.

İranın öz təhlükəsizliyini təmin etmək üçün prinsipial siyasətini vurğulayan "Sepah" başçısı bildirib ki, regionun coğrafiyasının dəyişməsi İslam Respublikası üçün "qırmızı xət"dir.

O, İranın cənubunda, qərbində və şimalındakı bir sıra ölkələrdə İsrailin dayaqlarını qurduğunu vurğulayıb: “Qonşularımız iddia edə bilər ki, belə bir İsrail varlığı bizim təhlükəsizliyimiz üçün təhlükə yaratmır, lakin İsrailin təbiəti qeyri-müəyyənlik yaradır. Qonşu ölkələrə İsraili islam ərazilərindən uzaq tutmağı tövsiyə edirik, çünki bu, qeyri-sabitliyi qızışdırmağa çalışır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!