İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda neft tankerinin dəniz minalarına çırpılması nəticəsində partladığını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, "Algaya" adlı neft tankeri Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışarkən dəniz minalarına çırılıb və nəticədə partlayış baş verib. Marqarita pizza
Məlumata görə, tankerdə baş verən yanğının söndürülməsi və nəzarətə götürülməsi istiqamətində aparılan cəhdlər nəticə verməyib. Nəticədə neft tankerinin tamamilə yanıb.
SEPAH bildirib ki, daha əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edilib.
İran tərəfi həmçinin, Hörmüz boğazının bağlı olduğunu və boğazın SEPAH Hərbi Dəniz Qüvvələrinin nəzarətində qaldığını bəyan edib./Report
Telegram kanalımız