SEPAH: “Hörmüz boğazının açılması ABŞ-dən asılıdır“

saytların hazırlanması

Evə çatdırılma

SEPAH: “Hörmüz boğazının açılması ABŞ-dən asılıdır“

Dünya

08 Avqust 2026 18:07 105


İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibinin açıqlamasına istinadən məlumat verib.

Möhibi qeyd edib ki, Hörmüz boğazının istifadəyə verilməsi Birləşmiş Ştatlardan asılıdır. Marqarita pizza

"Hörmüz boğazının istifadəyə verilməsi Birləşmiş Ştatların İranın tələbləri ilə tam razılaşması və Amerika tərəfinin regional müzakirələrə müdaxiləni dayandırması ilə bağlıdır. ABŞ bizim şərtlərimizi qəbul etdiyi an boğaz mütləq açılacaq", - deyə açıqlamada qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!