4 İyul - 03:40
“Sepah“ın kəşfiyyat rəhbəri haradadır?

“Sepah“ın kəşfiyyat rəhbəri haradadır?

Dünya

23 İyun 2022 14:46 420


"Hüseyn Taebin vəzifədən çıxarılması ilə bağlı heç bir məlumatım yoxdur".

Yenisabah.az "Modara"ya istinadla xəbər verir ki, bunu İran İslami Şura Məclisinin (parlament) Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəzl Əmui bildirib.

O, İran İnqilab Keşikçiləri Korpusu ("Sepah") Kəşfiyyat Xidmətinin rəhbəri Hüseyn Taebin vəzifəsindən uzaqlaşdırılmasına dair iddialara cavab verib.

"Hüseyn Taebin vəzifədən çıxarılması ilə bağlı heç bir xəbərim yoxdur. Mən bu məsələ ilə bağlı heç nə eşitməmişəm”.

Xatırladaq ki, ötən gündən etibarən sosial şəbəkələrdə, xüsusən, İsrailə bağlı "Twitter" səhifələrində "Sepah"ın kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Taeblə bağlı ziddiyyətli informasiyalar yayılıb. Onun həm işdən çıxarılması, həm də sui-qəsd qurbanı olması iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!