Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır

Dünya

26 Noyabr 2022 20:37 821


Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç "Vecerniye novosti" qəzetinə müsahibəsində deyib.

"Bütün ilkin şərtlər yerinə yetirilərsə, Serbiya yanvar ayından Azərbaycandan elektrik enerjisi idxalına başlamalıdır. Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi ilə bağlı qalan məsələlərlə bağlı danışıqlar aparılır", - Cedoviç qeyd edib. pizza mizza

Qeyd edilir ki, 2022-ci il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında telefon danışığından sonra Serbiya dövlət başçısının ofisi Belqradın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcəyini bəyan edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!