Ermənistanın Respublika Partiyasının deputatı, keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından hesab olunan Baqram Baqdasaryan baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
B.Baqdasaryanın vəkilinin sözlərinə görə, o, sadəcə müxalifətin mitinqlərində iştirak edib, indi onu baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham edirlər. Sübut kimi isə hansısa telefon danışıqlarından kəsilmiş fraqmentlər göstərilir. Toyuqlu pizza
Telegram kanalımız