Serj Sarqsyanın axtarışda olan qardaşı Ermənistana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Serj Sarqsyanın axtarışda olan qardaşı Ermənistana gətirildi

Rəsmi

07 Avqust 2020 01:33 885


Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı, ölkə parlamentinin axtarışda olan keçmiş deputatı Levon Sarqsyan ölkəsinə gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan özünün “Facebook”dakı səhifəsində bildirib.

O qeyd edib ki, respublika polisinin əməkdaşları Ermənistanın və Rusiya Federasiyasının Baş prokurorluqlarının əməkdaşlığı nəticəsində, həmçinin Xarici İşlər Nazirliyi vasitəsilə 6 avqustda Levon Sarkisyanı Ermənistana gətiriblər. Dördpendirli pizza

Məlumata görə, Ermənistanın Baş Prokurorluğu Rusiyanın hüquq-mühafizə orqanlarına Levon Sarkisyanın təhvil verilməsi vəsatəti ilə müraciət edib və qarşı tərəf bu ilin martında həmin xahişi təmin edib.

Levon Sarqsyan barəsində Ermənistanın Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilmişdi. O, 11 il əvvəl Ermənistanın Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyanın evinə silahlı hücuma sifariş verməkdə ittiham edilir.

Levon Sarqsyan 1999-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!