Sərxan Kərəmoğlu canlı yayım zamanı bəzi izləyicilərinin ünvanına sərt sözlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, izləyicilərinin şəxsi həyatı ilə bağlı verdiyi suallardan və şərhlərdən narazı qalıb.
Sərxan Kərəmoğlu izləyiciləri tərbiyəli olmağa çağırıb: “İnsansınız, ləyaqətiniz olsun, abrınız olsun. Bir evdə, bir ailədə tərbiyə görməyənlər ağzınıza gələni yazırsınız. Burada normal tərbiyə alan insanlar da var. Bu nədir, ağzınıza gələn sualı verirsiniz? “Qaşın belədir, saçın belədir” və s. Sizin başqasının həyatı ilə nə işiniz var? Başqasının ailəsi ilə nə işiniz var?” pizza mizza
Aydan Hacı
Telegram kanalımız