Sərxan sakitləşmək bilmir: “Kimsə məni öldürmək istəyir?!“

saytların hazırlanması

Evə çatdırılma

Sərxan sakitləşmək bilmir: “Kimsə məni öldürmək istəyir?!“

Şou

20 Oktyabr 2022 11:29 1238


Müğənni Rəqsanə İsmayılova və əri Fazil Əmiraslanovla aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal səngimir. Sərxan Rəqsanənin ona yolladığı səsyazılarını paylaşdıqdan qalmaqal daha da böyüyüb.

Yenisabah.az xəbər verir ki, Kərəmoğlu bu dəfə sosial şəbəkə hesabında açıqlama verib. O, heç kimi təhqir etmədiyini bildirib:

“Beş günlük dünyadır, kef edin. Birincisi, mən heç kimin ailə məsələsinə qarışmamışam, mənə sual veriblər, mən də cavab vermişəm. Demişəm ki, mən bu toya inanmamışam. Buna görə adamı öldürürlər, başına oyun açırlar, söyüş söyüb təhdid edirlər?! pizza mizza

"Bəzi “YouTube” videolarında qarşı tərəflər bir-birini təhqir edir", - deyirlər. Heç kimi təhqir etməmişəm, dədəmin goru, belə şeylər mənlik deyil. Mənim Araz aşığımdan, Kür topuğumdandır. Heç kimdən qorxmuram, heç kimdən də çəkinmirəm. Ancaq polisdən, qanundan və Allahımdan qorxuram.

O ki qaldı səsyazılarını yaymağıma, nə etməliydim?! Mən öləndən sonra səsyazıları yayılmalı idi ki, kimsə məni öldürmək istəyir?!”

Qeyd edək ki, Sərxan “MTV maqazin”ə "Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi”, - deyə açıqlama vermişdi.

Həmin görüntüləri təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!