“Səsi olmayan müğənniyə 6-7 min verməyə əli necə gəlir?”

saytların hazırlanması

Evə çatdırılma

“Səsi olmayan müğənniyə 6-7 min verməyə əli necə gəlir?”

Şou

27 İyun 2024 11:56 587


“Hərdən ev yiyəsinə məəttəl qalıram ki, səsi olmayana necə əli gəlir 6-7 min manat verməyə?” 

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Xəzər axşamı”nda deyib.

O, səsi olmayan, toyda fonoqram oxuyan həmkarlarından danışıb: Toyuqlu pizza

“Xərc çəkib, məni toya çağırırlarsa, mən də sənətimə məsuliyyətlə yanaşıram. Bunu hər kəs bilir. Bəziləri var, bir-iki mahnı oxuyandan sonra yorulur, keçir fonoqrama. Yaxud da toyun sonuna qədər eyni not üzərindən oxuyurlar. Çünki başqa not bilmirlər. 

Hərdən ev yiyəsinə məəttəl qalıram ki, səsi olmayana necə əli gəlir 6-7 min manat verməyə?” 

Müğənni qazancı ilə yaxınlarına baxdığını və doğmalarının yükünü daşıdığını bildirib: 

“Tək özüm üçün çalışmıram. Bacım uşağı, bacım, evin bütün yükü, hamısı çiynimdədir. Onların ruzisini də Allah mənim əlimlə yetirir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!