Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

saytların hazırlanması

Evə çatdırılma

Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

Şou

22 Avqust 2026 14:13 42


“Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir“.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməyə hazırlaşan sənətçi gözləntilərini bölüşüb.

“İstəyirəm ki, musiqim və ifalarımla sevənlərimə zövq verim. 17 oktyabrı səbirsizliklə gözləyirəm. Unudulmaz gün olacaq. pizza sifarişi

16 il əvvəl ilk solo konsertim olanda istəyirdim ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verim. Amma icazə vermədilər, dedilər ki, çox gəncəm, bunun üçün tezdir. Bu arzu ürəyimdə var idi. Böyüdüm, böyük konsert zallarında konsertlərim oldu. Bu gün artıq arzum həyata keçəcək” deyə Sevda bildirib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!