Müğənni Sevda Yahyayeva karyeradan sonra ailə qurmağın daha yaxşı olduğunu deyib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Söhbət var” verilişində danışıb.
İfaçı özünün də bu cür addım atdığını deyib: “Əgər imkan varsa, kayera qurub sonra ailə qurmaq yaxşıdır, çünki elə bir zəmanədə yaşayırıq ki, ailədə kişi və qadın pul qazanmalıdır. Ailə qurmaq qismət məsələsidir. Mən 30 yaşıma qədər ailə qurmaq haqda düşünmürdüm. Uşaqlıqdan bəri həmişə səhnədə olmaq istəmişəm. Şükür ki, nə arzulamışamsa, bu günə qədər hamısına çatmışam. pizza sifarişi
30 yaşından sonra düşündüm ki, mən artıq hər şeyi əldə etmişəm, evim, maşınım, işim, hər bir şeyim var. Baxdım ətrafıma gördüm hamısının ailəsi, uşağı var, ondan sonra məndə də bu istək yarandı. Şükür ki, o da oldu”.
Telegram kanalımız