Sex rəisi cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Sex rəisi cərimələndi

Sağlamlıq

29 Yanvar 2019 17:21 1326


Ekologiya və Təbii Sərvətlər Nazirliyi daha bir sexi cərimələyib.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı qurumun əməkdaşları növbəti araşdırma və monitorinq keçirib. Monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

ETSN tərəfindən 2018-ci ilin noyabr ayında sex barəsində akt, protokol tərtib olunub və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!