Səyahət Buta Airways mobil əlavəsi ilə daha asan olacaq

saytların hazırlanması

Evə çatdırılma

Səyahət Buta Airways mobil əlavəsi ilə daha asan olacaq

Sosial

31 Yanvar 2019 19:42 1063


Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri Buta Airways rəsmi mobil əlavəsini yükləyə bilərlər. 

“Yeni Sabah” xəbər verir ki, əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir. 

Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz.   Dördpendirli pizza

Həmçinin əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və “Buta Airways”-in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.

Mobil əlavə həmçinin sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya WhatsApp vasitəsilə yazaraq, həmçinin əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz. 

iOS üçün əlavəni AppStore-da aşağıdakı link vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8 , Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür.  https://play.google.com/store/apps/details?id=az.butaairways.app 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!