Şeyma təsdiqlədi: “Toya hazırlaşırıq“
10 May 2021 17:14
916

Şeyma təsdiqlədi: “Toya hazırlaşırıq“

Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı misirli sevgilisi ilə evlənir.

Yenisabah.az xəbər verir ki, bloqqer bir neçə həftə əvvəl sevgilisini ailəsi ilə tanış edib, daha sonra isə onunla birgə tətilə çıxıb. Cütlük daha sonra biznesmen olan Məhəmməd Əl-Saloussinin ailəsi ilə görüşmək üçün Dubaya gedib. Bu gün isə Şeyma Subaşı artıq evlilik hazırlıqlarına başladığını açıqlayıb. O, “Instagram”dakı paylaşımında bu sözlərə yer verib:

“Toy üçün ediləcəklərin siyahısı. Əvvəlcə qonaqlar. İlahi, çox həyəcanlıyam”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər