Şeyxin neçə yaşı var, 70, yoxsa 72? 

Şeyxin neçə yaşı var, 70, yoxsa 72? 
Avq 26, 2019 18:27
Oxunma sayı: 197

Bu gün Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı qeyd olunur. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Şeyxin 70 yaşı olduğunu qəbul etməsinə inanmır. O, fikirlərini belə izah edib:

“Yəni şəmsi Miladi (Gregorian) təqvimlə, o, 26 avqust 1949-cü ildə anadan olub. Lakin qəməri Hicri təqvimi ilə 1368-ci ilin Zilqədə ayının (11-ci aydır) 2-də doğulub. 

Hazırda isə Hicri ilə 1440-ci ilin Zilhiccə ayının (12 aydır) 24-dür. (İran və bizdən başqa bütün müsəlman aləmində artıq 25-dir). Sadə hesablama göstərir ki, Hicri ilə təxmini 2 aya yaxın bundan əvvəl Şeyxin artıq 72 yaşı tamam olub.

Əslində, Şəriətdə ad gününün (mövlud) qeyd olunması nəzərdə tutulmayıb. Peyğəmbər (SAS), əhlibeyti və səhabələri bunu etməyib! Bununla belə, bəzi təriqətlər bunu edir. Hicri təqvimi ilə. 

Məsələn, Peyğəmbərin (SAS) və müqəddəs hesab etdikləri digər şəxslərin də mövludunu qeyd edirlər. Bildiyim qədər, Şeyximiz də bunu edir. İndi necə ola bilər ki, Şeyximiz müqəddəs hesab etdiyi şəxslərin mövludunu Hiciri ilə, öz doğum gününü isə Miladi ilə qeyd etsin?!”. 

 

Yenisabah.az