Səyyad Əlizadənin oğlu danışdı: “Sənətini davam etdirəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Səyyad Əlizadənin oğlu danışdı: “Sənətini davam etdirəcəm“

Şou

15 Oktyabr 2021 12:39 2621


“Atamın həyata keçməyən arzuları, yarımçıq qalan işləri var. Onları tamamlamağa çalışacam. İki-üç il sonra atamın repertuarı ilə onun sənətini davam etdirəcəm…”

Yenisabah.az xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy ATV telekanalında yayımlanan "Günün sədası" proqramında qonaq olarkən deyib.

O, mərhum sənətçinin xəstyəliyindən danışaraq atasına ağır dərmanların verildiyini bildirib: Marqarita pizza

"Atam kimi sadə, təmizürəkli insan bu dünyaya bir də gəlməyəcək. İki-üç il sonra atamın repertuarı ilə onun sənətini davam etdirəcəm. Avqustun 30-da getmişdi muğamla bağlı diskin çəkilişinə. Oradan ağır vəziyyətdə gəldi. Müalicələr bir-birini tutmurdu. Ağır dərmanlar verilirdi. Elə o halda Zığda olan modul tipli hospitala yerləşdirildi. Sentyabrın 12-dən vəziyyəti ağırlaşmışdı. 16-da başqa xəstəxanaya köçürüldü. Artıq xəstəxanaya yerləşdiriləndə əlaqəmiz kəsilmişdi, danışmırdı".

Qeyd edək ki, Səyyad Əlizadə koronavirusa yoluxmuşdu, xəstəxanaya yerləşdirilən sənətçi bir müddət sonra vəfat etdi.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!