Sezen Aksunun bir neçə gün xəstəxanada müalicə aldığı üzə çıxıb. Məşhur müğənninin səhhəti ilə bağlı yayılan məlumat pərəstişkarlarını narahat edib.
“Yeni Sabah” xəbər verir ki, uzun müddətdir səhnədən uzaq olan Sezen Aksu bu dəfə səhhəti ilə bağlı xəbərlə gündəmə gəlib. nMəlumata görə, sənətçi bir neçə gün əvvəl evində özünü pis hiss edib. Daha sonra İstanbulun Nişantaşı ərazisində yerləşən özəl xəstəxanaya aparılıb.
Jurnalist Mehmet Üstündağ “Gel Konuşalım” proqramında Aksunun səhhəti barədə məlumat verib. Onun sözlərinə görə, sənətçi qadın xəstəliyi ilə bağlı müayinə məqsədilə xəstəxanada saxlanılıb və hazırda vəziyyəti yaxşıdır. Sezen Aksuya biopsiya da aparıldığı və onun xəstəxanada 3 gün qaldığı bildirilib. İddiaya görə, sənətçi təxminən iki həftə əvvəl xəstəxanadan evə buraxılıb. pizza sifarişi
Aksunun xəstəxanada daha uzun müddət qalması lazım olsa da, evdəki pişiklərini düşündüyü üçün daha tez evə qayıtmaq istəyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız