Sibel Can hava limanında gənc sevgilisi ilə görüntüləndi   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sibel Can hava limanında gənc sevgilisi ilə görüntüləndi + VİDEO

Şou

09 İyul 2025 12:04 666


Müğənni Sibel Can uzun müddətdən sonra sevgilisi ilə görüntülənib. 

Yenisabah.az xəbər verir ki, sənətçi sevgilisi Emir Sarıgüllə hava limanında görüntülənib. Cütlük Fransadan istirahətdən qayıdarkən kameralara tuş gəlib. 

Sibel Can tanınmasın deyə böyük ağ şlyapadan istifadə edib. pizza hut

Bir müddət əvvəl sənətçinin siyasətçi Emir Sarıgüllə evləndiyi iddiası gündəmə bomba kimi düşüb. Lakin yayılan bu məlumatın həqiqəti əks etdirmədiyi daha sonra ortaya çıxıb. 55 yaşlı sənətçi haqqında evlilik xəbərləri yayıldığı vaxtda konsert proqramı üçün səhnəyə çıxmağa hazırlaşırmış.

Qeyd edək ki, Sibel Can 1988-1999-cu illərdə aktyor Hakan Ural ilə evli olub. Bu evlilikdən onun Engincan və Melisa adlı iki övladı dünyaya gəlib. Daha sonra, 2000-ci ildə podratçı Sulhi Aksüt ilə ailə qurub və bu münasibətdən Emir adlı bir oğlu dünyaya gəlib. Lakin cütlük qısa müddət sonra yollarını ayırıb./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!